Son dəqiqə

Azərbaycan Bakı Cüdo Sumqayıt Abşeron Olimpiya İdman Kompleksi

17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Turnirin son günündə komanda yarışları keçirilib.

TurkicWorld-гn məlumatına görə, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 7 komanda qüvvəsini sınayıb.

Oğlanların yarışında Bakı şəhəri 2 nömrəli RİOEUGİM birinci yerə çıxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM gümüş medallara sahib olub, Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və "Judo Club 2020 İK" komandaları isə üçüncü yeri tutublar.

Qızların yarışında Bakı şəhəri 13 nömrəli İOEUGİM komandası birinci olub, RKİM ikinci yerə layiq görülüb. Sumqayıt şəhəri 2 nömrəli UGİŞM və "Judo Club 2012" komandaları isə bürünc mükafatlara sahib çıxıblar.

Mövzuya görə xəbərlər