Son dəqiqə

Cüdo

Hidayət Heydərov finala çıxıb - Paris-2024

Paris. TurkicWorld

Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarındakı medallarının sayı 50-yə çatıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Paris-2024-də finala adlayan Hidayət Heydərovun təmin etdiyi mükafat yubiley xarakteri daşıyıb.

İlk dəfə Atlanta-1996-da iştirak edən millimiz arxada qalan yeddi Olimpiadada 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıb. Parisdəki uğur bu mükafatların ümumi sayını 50-yə yüksəlib.

Hidayət cüdo yığmamızın aktivinə 6-cı medalı gətirib. Bunadək tatamı ustalarımız 1 qızıl, 2 gümüş və 2 bürünc əldə edib. 6-cı mükafatın əyarı Heydərovdan asılı olacaq.

Qeyd edək ki, 73 kq çəkidə çıxış edən cüdoçumuz final qarşılaşmasını bu gün keçirəcək.

xxx

15:35

Paris 2024 Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.

TurkicWorld xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

73 kq çəki dərəcəsində çıxış edən idmançımiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Kanadalı idmançıya qalib gələn Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.

XXX

14:00

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşündə qələbə qazanıb.

TurkicWorld xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Mövzuya görə xəbərlər