Bakı. TurkicWorld:
BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) Vətənə geri dönüb.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti ilə yanaşı, ailə üzvləri qarşılayıblar.
Heydərov mundialda 11 ildən sonra Azərbaycan himnini səsləndirib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sonuncu dəfə bu titula 2013-cü ildə Elxan Məmmədov yiyələnib.