Son dəqiqə

UEFA Avropa Liqası

“Qarabağ” – “Bayer” oyununun hakimləri bəlli olub

Bakı. TurkicWorld:

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Almaniyanın "Bayer”ə qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

İdman.biz xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Əsas referi funksiyasını Kreyq Pauson yerinə yetirəcək.

Avropa Liqası
Qrup mərhələsi, H qrupu
IV tur, 9 noyabr
21:45. “Qarabağ” – “Bayer”
Baş hakim:
Kreyq Pauson
Baş hakimin köməkçiləri: Simon Bennett, Lee Betts
Dördüncü hakim: Con Bruks
VAR: Jarred Gillett (Avstriya)
AVAR: Mixael Salisburi

Qeyd edək ki, matç noyabrın 9-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Mövzuya görə xəbərlər