Son dəqiqə

Türkiyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Gənclər və İdman Nazirliyi UEFA Avropa Liqası UEFA İstanbul Ofisi UEFA prezidenti Aleksander Çeferin

Ərdoğan UEFA prezidentini qəbul edib

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA prezidenti Çeferini qəbul edib

TurkicWorld xəbər verir ki, Ərdoğan, UEFA prezidenti Aleksander Çeferini qəbul edib.

Görüş, Beşiktaşda təşkil edilən UEFA İstanbul Ofisinin açılış mərasimindən sonra baş tutub.

Qəbulda, Türkiyə Gənclər və İdman Naziri Osman Aşkın Bak, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu da iştirak edib.

Ərdoğan və UEFA prezidenti Aleksander Çeferin arasında keçirilən görüşdə, futbol və idman sahəsindəki əməkdaşlığın daha da gücləndirilməsi, xüsusilə UEFA İstanbul ofisinin fəaliyyətləri və gələcəkdəki idman layihələri müzakirə edilib.

Qeyd edək ki, UEFA-nın İstanbul təmsilçiliyi, 2032-ci ildə İtaliya ilə birlikdə təşkil olunacaq Avropa Futbol Çempionatının (EURO 2032) hazırlıq mərhələsində də fəal iştirak edəcək. Londondan və Brüsseldən sonra UEFA-nın üçüncü xarici mərkəzi olacaq İstanbul Təmsilçiliyi, Türkiyə Futbol Federasiyasının (TFF) tarixi Levent Kasrı binasında fəaliyyət göstərəcək.

Beləliklə, İstanbul həm 2026 UEFA Avropa Liqası, həm də 2027 UEFA Konfrans Liqası finallarına ev sahibliyi etməklə yanaşı, Türkiyənin beynəlxalq futbol təşkilatlarındakı rolunu daha da gücləndirəcək.

Mövzuya görə xəbərlər