BMT İsrail BMT Baş Assambleyası UEFA Qəzza zolağı UEFA Avropa Liqası İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzza münaqişəsi 2025

“Fələstin Pelesi”nin öldürülməsi futbol dünyasını ayağa qaldırıb

BAKI, TurkicWorld , Nərmin Ağayeva

Qəzzada İsrail hücumu nəticəsində keçmiş Fələstin milli futbolçusu, “Fələstin Pelesi” ləqəbli Süleyman əl-Obeidin (41) öldürülməsi beynəlxalq idman ictimaiyyətində böyük rezonans doğurub.

TurkicWorld xəbər verir ki, BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edərək, İsrailin Qəzza zolağında hərbi cinayətlər törətdiyini bildirib və ölkənin futbol yarışlarından kənarlaşdırılmasını tələb edib.

Albanese X platformasında UEFA-nın əl-Obeidin ölümünə dair paylaşımına istinad edərək, “UEFA, qatillərini yarışlarımızdan qovmağın vaxtıdır. Gəlin idmanımızı ayrı-seçkilik və soyqırımdan təmizləyək” sözlərini yazıb.

Məsələyə Misirli futbol ulduzu Məhəmməd Salah da reaksiya verib. O, UEFA-nın əl-Obeidin ölüm səbəbini qeyd etmədən paylaşım etməsini tənqid edərək, “Əl-Obeidin necə, harada və niyə öldüyünü bizə deyə bilərsinizmi?” sualını ünvanlayıb.

UEFA-nın paylaşımı iki gün ərzində 94 milyon baxış toplayıb və on minlərlə şərh yazılıb.

Mövzuya görə xəbərlər