Bakı,TurkicWorld
Beşiktaş təhlükəsizlik səbəbi ilə UEFA-dan Tvente ilə matçın Avropada keçirilməsini istəyib.
TurkicWorld xəbər verir ki, müraciətə səbəb Niderland rəsmilərinin Beşiktaş azarkeşlərinin matçda iştirakını istəməməsidir.
“İctimaiyyətə bildirmək istərdik ki, FK Tvente – Beşiktaş UEFA Avropa Liqası matçının iki klubun azarkeşlərinin tribunada dostluq və təhlükəsiz şəraitdə ola biləcəyi başqa şəhər və ya ölkədə oynanılması üçün UEFA-ya müraciət etmişik",- deyə klubdan rəsmi açıqlama verilib.
Qeyd edək ki, Niderland polisi Tvente - Beşiktaş matçının yüksək riskli matç olduğunu müəyyən edib və yerli bələdiyyə ağ-qara azarkeşlərin matça buraxılmayacağına qərar verib.