Son dəqiqə

Azərbaycan Milli Məclis Ermənistan Sahibə Qafarova təxribat

Ermənistanın törətdiyi təxribatın məqsədi sülh danışıqlarını pozmaqdır - Sahibə Qafarova

Bakı. TurkicWorld:

Ermənistan tərəfindən törədilən təxribatın məqsədi sülh danışıqlarını pozmaqdır.

TurkicWorld-un məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O xatırladıb ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

"Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Təxribatən qarşısını almaq üçün Azərbaycan ordusu tərəfindən qəti tədbirlər görülüb. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə S.Qafarova vurğulayıb.

Mövzuya görə xəbərlər