Son dəqiqə

Azərbaycan Milli Məclis Naqif Həmzəyev

Azərbaycan Prezidentinin uğurlu xarici və daxili siyasətinin nəticəsi olaraq iqtisadiyyatda şaxələnmənin şahidi oluruq - Naqif Həmzəyev (Özəl)

Bakı, TurkicWorld

Azərbaycan Prezidentinin uğurlu xarici ve daxili siyasətinin nəticəsi olaraq iqtisadiyyatda şaxələnmənin şahidi oluruq.

Bu sözləri Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev TurkicWorld-a özəl açıqlamasında bildirib. O, 25 aprel enerji sahəsində Bolqarıstanın Sofiya şəhərində bağlanan saziş haqqında rəy bildirərək, ölkənin bu sahədəki gələcək perspektivlərindən bəhs edib.

"Prezidentimizin Bolqarıstana səfəri uğurlu keçdi. Səfərin əsas hədəfi enerji resurslarını Avropa bazarlarına ixracını təmin etmək idi. Həmçinin Balkan ölkələrinin rəhbərləri,nazirləri Azərbaycana səfər edərək əlaqələrin güclənməsi və danışıqlar prosesinin sürətlənməsinə töhfə veriblər. Bildiyiniz kimi, digər enerji resurslarından fərqli olaraq, qazın ixracı üçün öncədən müqavilənin imzalanması ve sərmaye qoyulması vacibdir. Bu saziş Azərbaycan qazının Balkan ölkələri ilə Mərkəzi Avropaya nəqlini təmin edəcək”, - deyə deputat bildirib.

Deputatın sözlərinə görə enerji resursları arasında həmçinin qeyri-neft sektoru üçün zəmin yaradılacaq, bu sektor məhsulları yaxın zamanda rahatlıqla Avropaya çatdırıla biləcək.

Sonda Naqif Həmzəyev yaxın gələcəkdə Azərbaycanın tranzit yükdaşımalarını həyata keçirən və Şərqi Qərbə bağlayan əsas yolların mərkəzində mövqeyini daha da gücləndirəcəyini bildirmişdir.

Qeyd edək ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Həmçinin Socar ofisinin açılışı hər iki ölkə prezidentinin iştirakı ilə baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Amaliya İsmayılova

Twitter:@IsmailovAmaliya

Mövzuya görə xəbərlər