Son dəqiqə

Azərbaycan Özbəkistan Azərbaycan ordusu Müdafiə Nazirliyi Hərbi Əməkdaşlıq

Azərbaycan-Özbəkistan arasında qərargah danışıqları keçirilib

BAKI,TurkicWorld

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan qərargah danışıqları keçirilib.

TurkicWorld xəbər verir ki, görüş cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunub.

Danışıqlar zamanı Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və iştirakçıların sualları cavablandırılıb.

Görüşdə iki ölkənin müdafiə nazirlikləri arasında keçirilən müntəzəm görüşlərin Azərbaycan və Özbəkistan orduları arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Tərəflər hərbi əməkdaşlığın müxtəlif istiqamətlərində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.

Danışıqlar çərçivəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı”nın layihəsi də müzakirə olunub.

Görüş iki ölkənin müdafiə qurumları arasında gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Mövzuya görə xəbərlər