BAKI,TurkicWorld
Azərbaycan ilə İrlandiya arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd edilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda qeyd olunub ki, bu gün Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının növbəti ildönümüdür.
"Azərbaycan–İrlandiya münasibətlərində bu əlamətdar yubiley münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq", - deyə paylaşımda vurğulanıb.







