Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır - ABŞ Baş Qərargahların rəisinin birinci müavini

Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır - ABŞ Baş Qərargahların rəisinin birinci müavini

Bakı. TurkicWorld:

Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ABŞ-da Birləşmiş Baş Qərargahların rəisinin birinci müavini Kristofer Qreydi ilə görüşü zamanı Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşı olduğu vurğulanıb.

TurkicWorld-un məlumatına görə, bunu Birləşmiş Baş Qərargahların mətbuat katibi Bet Tiç bildirib.

Qeyd edək ki, görüş zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələr müzakirə edilib.