S-400 raketləri istifadəyə hazırdır - Hulusi Akar

S-400 raketləri istifadəyə hazırdır - Hulusi Akar

Bakı. TurkicWorld:

Rusiyadan alınınan S-400 raketdən müdafiə sistemi tam olaraq istifadəyə hazırdır. TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar deyib.

“Türkiyənin uzun mənzilli bölgə, hava və raketdən müdafiə sistemlərinin tədarükü üçün ilk olaraq Patriot və SAMP-T tələb etdiyini və bu silahlar Ankaraya verilmədiyi üçün biz S-400 tədarükünün reallaşdırdıq”-deyə Akar bildirib.

O qeyd edib ki, bəziləri tez-tez S-400 sistemlərinin harada olduğunu və niyə istifadə edilmədiyini soruşur.

“Hər hansı bir şəkildə bir təhlükə yaranarsa, ölkəmizin hava hücumundan müdafiəsinin harada olacağına qərar verdikdən sonra S-400 sistemlərini istifadə edəcəyik”-deyə Akar əlavə edib.

Qeyd edək ki, hal hazırda Türkiyə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə (HHM) sisteminə alternativ olaraq milli “SİPER”-in yeni sınaqlarını keçirir və bu sistemin 2023-cü ildə ordunun arsenalına daxil olacağı gözlənilir.