Son dəqiqə

Azərbaycan ABŞ

ABŞ-Azərbaycan tərəfdaşlığı yüksək qiymətləndiririk - Səfirlik

Bakı.TurkicWorld:

ABŞ-nin Azərbaycandakı səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə səfirliyin rəsmi sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanda və dünyanın müxtəlif ölkələrində Qurban bayramını qeyd edən hər kəsə səmimi təbriklərini çatdırır.

"Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk.

Qurban Bayramınız mübarək!" – deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər