BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio Livandakı atəşkəs prosesinin İranla aparılan razılaşmadan ayrı saxlanılacağını bildirib.
TurkicWorld xəbər verir ki, Rubio bu açıqlamanı Abu-Dabiyə eniş etdikdən sonra jurnalistlərə verib.
O qeyd edib ki, Livan məsələsi ayrıca siyasi və diplomatik prosesdir və bu ölkənin suverenliyi əsas götürülür.
Rubionun sözlərinə görə, ABŞ Livanla bağlı məsələləri birbaşa Livan hökuməti ilə müzakirə edəcək.
O əlavə edib ki, İranın Livandakı rolu əsasən Hizbullaha dəstək məsələsi ilə bağlıdır və bu mövzu İranla danışıqlarda ayrıca müzakirə olunacaq.
Rubio vurğulayıb ki, Livanın gələcəyi yalnız Livan xalqı və onların seçilmiş hökuməti tərəfindən müəyyən edilməlidir.







