Son dəqiqə

Azərbaycan Türkiyə Bakı TÜRKPA Numan Kurtulmuş Türk Dövlətləri Təşkilatı TBMM Ramil Həsən

TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

BAKI,TurkicWorld

TBMM sədri Numan Kurtulmuş Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibliyini ziyarət edib.

TurkicWorld xəbər verir ki, Kurtulmuş bu səfəri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində həyata keçirib.

Ziyarət zamanı o, TÜRKPA Baş katibi Ramil Həsəndən təşkilatın fəaliyyəti barədə məlumat alıb və əməkdaşlara uğurlar arzulayıb.

Kurtulmuş bildirib ki, Türk Dövlətləri Təşkilatının parlament strukturu olan TÜRKPA artıq beynəlxalq səviyyədə tanınan mühüm platformaya çevrilib.

O qeyd edib ki, Türk dünyası geniş coğrafiya, böyük demoqrafik potensial və strateji mövqeyi ilə gələcəyin mühüm güc mərkəzlərindən biri ola bilər.

TBMM sədri vurğulayıb ki, parlamentlərarası əməkdaşlıq və parlament diplomatiyası bu prosesdə xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, TÜRKPA-nın daha da gücləndirilməsi və üzv olmayan türk dövlətlərinin də bu quruma cəlb edilməsi əsas hədəflərdəndir.

Ziyarətdə Azərbaycan və Türkiyədən bir sıra parlament üzvləri və səfirlər də iştirak ediblər.

Mövzuya görə xəbərlər