Son dəqiqə

İran ABŞ Yaxın Şərq Məsud Pezeşkian Diplomatiya Danışıqlar ballistik raketlər

Məsud Pezeşkian: Ballistik raketlərlə bağlı heç bir danışıqlar aparılmayacaq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Prezidenti Məsud Pezeşkian ABŞ–İran danışıqları ilə bağlı mövqeyini açıqlayıb və Tehranın ballistik raket proqramı üzrə heç bir müzakirəyə qatılmayacağını bildirib.

TurkicWorld xəbər verir ki, Pezeşkian bu fikirləri Pakistanın paytaxtı İslamabadda səsləndirib.

O qeyd edib ki, İran ABŞ-a etibar etmir, çünki danışıqlar zamanı ölkəsinə qarşı hücumlar həyata keçirilib.

Bununla belə, İran Prezidenti dialoq və sülh üçün hazır olduqlarını da vurğulayıb.

Pezeşkian bildirib ki, növbəti mərhələ danışıqlarda İran öz mövqelərini qoruyacaq və ballistik raketlərlə bağlı heç bir müzakirə aparılmayacaq.

O, Pakistanın Baş naziri və ordu rəhbərliyinin danışıqlardakı rolunu yüksək qiymətləndirib.

Pezeşkian həmçinin regionun inkişafının sülh, təhlükəsizlik və əməkdaşlıqdan asılı olduğunu deyib.

Mövzuya görə xəbərlər