BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail Baş naziri Benyamin Netanyahu hökumətinin ABŞ və daxili siyasi dairələrdən ciddi təzyiqlərlə qarşılaşdığı bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə regional mənbələr məlumat yayıb.
Son 24 saat ərzində İsrail rəsmiləri ordunun Livanın cənubunda təhdidlərə qarşı “tam hərəkət azadlığına” malik olduğunu təsdiqləyən açıqlamalar veriblər.
Müşahidəçilərə görə, bu bəyanatlar əsasən ictimaiyyətə güc və qətiyyət mesajı vermək məqsədi daşıyır.
Məlumata əsasən, ABŞ tərəfindən İsrailə Hizbullahla bağlı hücum əməliyyatlarının genişləndirilməməsi üçün təzyiq göstərilir.
Bu səbəbdən İsrail tərəfi Livandakı hadisələri “müdafiə xarakterli addım” kimi təqdim etməyə çalışır.
Eyni zamanda, Netanyahu hökuməti daxildə də siyasi təzyiqlərlə üzləşir.
İsrail ictimaiyyətində Hizbullahın zəiflədilməsi və şimal bölgələrə hücumların azaldılması ilə bağlı gözləntilər olsa da, bu hədəflərin tam yerinə yetirilmədiyi qeyd olunur.







