Son dəqiqə

ABŞ Livan Marko Rubio Cozef Aun Cey Di Vens Diplomatiya Suverenlik

Livan Prezidenti Aun Vens və Rubio ilə suverenlik və atəşkəsi müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri Livan hökumətinə dəstəyini ifadə edərək ölkənin bütün ərazisi üzərində milli suverenliyinin gücləndirilməsini dəstəklədiklərini bildiriblər.

Tərəflər İsveçrədə keçirilən görüşlərdə əldə olunan razılaşmaların icrasının vacibliyini də vurğulayıblar.

Bu çərçivədə ABŞ, Livan və İranın iştirakı ilə Livanda atəşkəsin təmin olunmasına nəzarət edəcək xüsusi mexanizmin yaradılması məsələsi gündəmdə olub.

Mövzuya görə xəbərlər