Son dəqiqə

İsrail ABŞ Livan Vaşinqton Yaxın Şərq Cozef Aun Diplomatiya Danışıqlar

ABŞ vasitəçiliyi ilə Livan–İsrail danışıqlarının beşinci raundu başlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan və İsrail arasında aparılan danışıqların beşinci raundu ABŞ Dövlət Departamentində başlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, görüşlər Vaşinqtonda keçirilir və ABŞ tərəfi prosesə vasitəçilik edir.

Livan Prezidenti Cozef Aun yeni raundun həlledici ola biləcəyini bildirib.

Danışıqların əsas məqsədinin Livanda mövcud olan kövrək atəşkəsin möhkəmləndirilməsi və tərəflər arasında gərginliyin azaldılması olduğu qeyd edilir.

Mövzuya görə xəbərlər