Son dəqiqə

İran ABŞ Pakistan Şahbaz Şərif Diplomatiya ballistik raketlər Memorandum

Şahbaz Şərif: Memorandumda ballistik raketlərə dair müddəa yoxdur

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Pakistanın Baş naziri Şahbaz Şərif İran–ABŞ danışıqları çərçivəsində imzalanan memorandumda ballistik raket proqramı ilə bağlı heç bir müddəanın yer almadığını bildirib.

TurkicWorld xəbər verir ki, o bu açıqlamanı İslamabadda İran Prezidenti Məsud Pezeşkianla keçirilən birgə mətbuat konfransında səsləndirib.

Şərif qeyd edib ki, ballistik raketlər məsələsi ümumiyyətlə danışıqlar masasında olmayıb və buna görə də sənədə daxil edilməyib.

Baş nazir həmçinin beynəlxalq arenada ikili standartlara yol verilməməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bəzi dövlətlərin raket silahlarına malik olmasına baxmayaraq, İranın bu sahədə məhdudiyyətlərlə üzləşməsi ədalətsizlik yaradır.

Şərif bu yanaşmanın regionda sabitliyə zərər verə biləcəyini bildirib və ədalətli yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Mövzuya görə xəbərlər