BAKI, TurkicWorld
Bu həftə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Bu səfər son illərdə Azərbaycana həyata keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ–Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
"Vitse-prezidentin səfəri iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə və Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsinə dair ortaq öhdəliyi bir daha vurğulayır", - deyə səfirlikdən bildirilib.







