Türk Fondunun yaradılması prosesi başa çatır - Bağdad Amreyev

Türk Fondunun yaradılması prosesi başa çatır - Bağdad Amreyev

Bakı. TurkicWorld:

Türk Fondunun yaradılması prosesi başa çatır

TurkicWorld-un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

"Noyabrda bu fondla bağlı müvafiq sənədin tamamlanaraq imzalanması gözlənilir. Bu vəsait kiçik və orta biznesin inkişafına, infrastrukturun yaradılmasına yönəldiləcək. Qarabağın bərpası da onun əsas prioriteti olacaq. 2023-cü ilin yanvarından bu fond öz fəaliyyətinə başlayacaq və bizim iştirakçı ölkələrin maliyyə strukturları ilə əməkdaşlığı genişlənəcək”.

Eyni zamanda, baş katibin sözlərinə görə, türk dövlətləri gömrük prosedurlarının sadələşdirilməsinə dair sənəd imzalamağı planlaşdırır.

"Bu sənəd ölkələrimiz arasında ticarətin artırılmasına və azad ticarətin yaradılmasına yönəldiləcək. Həmçinin, mövcud geosiyasi vəziyyətə görə, logistik marşrutları şaxələndirmək lazımdır və bu istiqamətdə artıq planlarımız var", - B.Amreyev vurğulayıb.