BAKI,TurkicWorld
İyunun 30-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü keçiriləcək.
TurkicWorld Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinad edərək xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi AZƏRTAC-a məlumat verib.
Tədbirdə TDT Baş katibi ilə yanaşı Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərlərinin iştirakı nəzərdə tutulur.
Görüşün əsas məqsədi ortaq tarixə, milli-mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşviq edilməsidir.
Toplantı çərçivəsində dini sahədə əməkdaşlıq mexanizminin yaradılması, koordinasiyanın gücləndirilməsi və işçi platformanın formalaşdırılması məsələləri müzakirə olunacaq.
Sonda isə görüşün nəticələrini əks etdirən kommünikenin imzalanması planlaşdırılır.







