Son dəqiqə

Özbəkistan Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusu Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyi Vüqar Mustafayev Viktor Mahmudov Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası

Müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olublar

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.

General-polkovnik Z.Həsənov Özbəkistanın hərbi nümayəndə heyəti ilə birgə tir, əsgər yataqxanası, silah otağı, əşya anbarı, həmçinin yeməkxanaya gələrək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi simulyasiya vasitəsinə baxışdan sonra qonaqlar hərbi qulluqçuların idman hazırlığını izləyiblər.

Nümayəndələrə komandoların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri nümayiş etdirilib.
Qonaqlara Müdafiə Sənayesi Nazirliyinin, həmçinin hərbi sənaye şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələri təqdim olunub.

Daha sonra Özbəkistan nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Ziyarət qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və iki ölkənin müdafiə qurumları arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Mövzuya görə xəbərlər