Son dəqiqə

Zəfər Günü Kubanıçbek Ömüraliyev 44 günlük Vətən müharibəsi Türk Dövlətləri Təşkilatı (TDT)

TDT Baş katibi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

BAKI,TurkicWorld

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

TurkicWorld xəbər verir ki, bu barədə Kubançıbek Ömüralıyevin "X" hesabındakı paylaşımında qeyd olunub.

"8 noyabr - Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm", - Ömüraliyev qeyd edib.

Mövzuya görə xəbərlər