Son dəqiqə

Ceyhun Bayramov Azərbaycan XİN Qəzza zolağı Hakan Fidan Qəzza Türkiyə XİN Yaxın Şərq Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzza atəşkəsi çağırışı Yaxın Şərqdə sabitlik

Ceyhun Bayramov Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mövzuya görə xəbərlər