Son dəqiqə

Böyük Britaniya Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ABŞ Azərbaycan Ermənistan münasibətləri Azərbaycan Ermənistan sülh razılaşması Azərbaycan Ermənistan danışıqları ABŞ Azərbaycan Ermənistan liderlər görüşü Azərbaycan Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh müqaviləsi Azərbaycan-Ermənistan sülh sazişi

Britaniya XİN Azərbaycan və Ermənistan arasındakı sülh prosesində irəliləyişin əldə olunmasını alqışlayır

Bakı. AzerVoice

Azərbaycan və Ermənistanı Vaşinqtonda sülh istiqamətində qəti addımların atılması münasibətilə təbrik edirəm.

AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi öz rəsmi "X" səhifəsində yazıb.

Lemmi bu irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndirib.

"Əgər hər iki tərəf öz öhdəliklərinə əməl edəcəklərsə, Böyük Britaniya Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər