Son dəqiqə

Avropa Parlamenti

Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Bakı. TurkicWorld:

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndəsi Xaviyer Nart martın 12-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

TurkicWorld xəbər verir ki, həmçinin "Əbədi məşəl" abidəsi ziyarət olunub.

Sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Mövzuya görə xəbərlər