Bakı. TurkicWorld:
Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (AXP) Avropa Parlamentinə keçirilən seçkilərdə birinci yeri tutub.
TurkicWorld-un məlumatına görə, seçkilərin ilkin nəticələrini Brüsseldə Avropa Parlamentinin mətbuat xidməti açıqlayıb.
Məlumata əsasən, AXP öz üstünlüyünü qoruyaraq Avropa Parlamentində 181 yer qazanıb. İkinci yeri (135 yer) "Sosialistlər və Demokratlar" partiyası, üçüncü yeri “Yeni Avropa” partiyası tutub.