Son dəqiqə

Azərbaycan Avropa Parlamenti

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması haqda rəsmi qərar qəbul edə bilər

BAKI,TurkicWorld

Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.

TurkicWorld xəbər verir ki,"Trend"in əldə etdiyi məlumata görə, indiyədək onsuz da Avropa Parlamenti ilə təmasları dayandırmış Azərbaycan, bu qurumla bütün münasibətlərin kəsilməsi haqda rəsmi qərar qəbul edə bilər və hazırda bu məsələ müzakirə mövzusudur.

Xatırladaq ki, Avropa Parlamentində müzakirəyə çıxarılmış "Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi" adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.

Mövzuya görə xəbərlər