Son dəqiqə

Azərbaycan Rusiya Avropa Komissiyası Ursula fon der Lyayen

Avropa Komissiyasının rəhbəri Rusiyaya müraciət edib

BAKI,TurkicWorld

Rusiya sülhdə maraqlı olduğunu göstərdiyini nümayiş etdirməlidir.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çıxış edib.

"Artıq Rusiya sülhdə maraqlı olduğunu göstərməlidir", - deyə fon der Lyayen vurğulayıb.

AK sədri bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh planı Ukrayna lideri Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla 2025-ci ilin sonunda müzakirə etdiyi 20 bəndlik təkliflərdən ibarətdir.

Onun sözlərinə görə, planda həmin təkliflərlə yanaşı, Kiyev üçün ABŞ və Avropa tərəfindən aydın şəkildə təsbit olunmuş sülh zəmanətləri də yer alır.

Mövzuya görə xəbərlər