Bakı. TurkicWorld:
Fransada Avropa Parlamentinə seçkilərdə Milli Birik partiyası 31,5, Makronun “Renaissance” partiyası 15,2, Sosialsitlər partiyası isə 14 faiz səs qazanıblar.
TurkicWorld-in məlumatına görə, bu barədə sosial sorğu institutu IPSOS hesablamalar aparıb.
Marin Lö Penin sədri olduğu Milli Birlik partiyasından Cordan Bardelanın rəhbərlik etdiyi seçki siyahısı Avropa seçkilərində mütləq qələbə qazanıb. Seçkilərin nəticələri açıqlandıqdan sonra C.Bardela çıxış edərək, mütləq qələbə münasibəti ilə tərəfdarlarının alqışlayıb və Prezidenti yeni parlament seçkiləri təşkil etməyə çağırıb.
IPSOS-un keçirdiyi sorğunun nəticələrinə görə, Avropa seçkilərindən fransızların 45,26 faizi iştirak edib. Bu rəqəm 2014-cü illə müqayisədə 9 faiz azdr.
Avropa seçkiləri üçün Fransada 38 siyahı təqdim olunub, 5 faizdən az səs toplayan siyahının üzvləri Avropa Parlamentində təmsil olunmayacaqlar.