Son dəqiqə

Prezident İlham Əliyev

“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiqləndi - Fərman

Bakı, TurkicWorld

Prezident İlham Əliyev "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, "Milli Məkan Məlumatları" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, "Milli Məkan Məlumatları" informasiya sisteminin "Hökumət buludu"nda yerləşdirilməsini təmin etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" fərmanın tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mövzuya görə xəbərlər