Son dəqiqə

BMT

2025-də dünya iqtisadiyyatını nə gözləyir? - BMT-dən açıqlama

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının analitikləri 2025-ci ildə dünya iqtisadiyyatında 2.8 faiz civarında artım proqnozlaşdırır.

TurkicWorld xəbər verir ki, bu barədə BMT ekspertləri tərəfindən hazırlanmış "2025 Dünya iqtisadi vəziyyəti və perspektivləri" (WESP 2025) hesabatda deyilir.

Buna baxmayaraq, 2025-ci ildə qlobal Ümumdaxili məhsulun artım templərinin elə 2024-cü ildə qeydə alınmış dinamikaya uyğun olacağı proqnozlaşdırılır. 2026-cı ilə olan qlobal iqtisadi perspektivlərə gəlincə, analitiklərin proqnozlarına görə, iqtisadi artım tempi həmin müddət ərzində 2.9 faizə qədər sürətlənəcək.

BMT ekspertləri, eyni zamanda, bildiriblər ki, yaxın gələcəkdə qlobal ÜDM-nin artım tempinin tez bir zamanda bərpa olacağını gözləməyə dəyməz.

Mövzuya görə xəbərlər