Son dəqiqə

Azərbaycan BMT Almaniya Dövlət Turizm Agentliyi turizm Berlin Azadə Hüseynova

BMT Turizmin Nazirlər Sammiti çərçivəsində əməkdaşlıq görüşləri keçirilib

BAKI,TurkicWorld

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova Almaniyanın paytaxtı Berlin şəhərində 20-ə yaxın ölkənin turizm nazirinin iştirakı ilə keçirilən BMT Turizm Təşkilatının Nazirlər Sammitində təşkil olunan müzakirələrdə iştirak edib.

TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Sammit zamanı sədrin müavini Özbəkistanın Dövlət Turizm Komitəsinin sədri Abdulaziz Akkulov ilə görüş keçirib. Görüşdə hər iki ölkənin turizm sahəsində hədəf bazarları üzrə fəaliyyət prinsipləri və təşviqat strategiyaları barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb. Bununla yanaşı, 2025-ci ilin aprel ayında Azərbaycan Turizm Bürosu ilə Özbəkistan Milli Təbliğat Mərkəzi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumun müddəlarına uyğun olaraq görülmüş işlər nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əlavə alətlər üzrə razılığa gəlinib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində Almaniyanın turizm sənayesi nümayəndələrinin iştirakı ilə görüş təşkil edilib. Görüşdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev iştirakçıları salamlayaraq Azərbaycanın Almaniyalı turistlərin diqqətini çəkəcək zəngin turizm potensialına malik olduğunu qeyd edib. Öz növbəsində Azadə Hüseynova görüşdə çıxış edərək ölkəmizin ev sahibliyi ilə keçiriləcək mötəbər beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin turizm potensialını əks etdirən təqdimat nümayiş etdirilərək sənaye nümayəndələrinin sualları cavablandırılıb.

Mövzuya görə xəbərlər