Son dəqiqə

Avropa Parlamenti Macarıstan

Avropa Parlamenti Macarıstanın Şengen zonasından çıxarılmasını tələb edir - KİV

Bakı,TurkicWorld

Avropa Parlamenti Macarıstanın Şengen zonasında iştirakını dayandırmağı tələb edir.

TurkicWorld xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, müraciət Avropa Parlamentinin 70 deputatı tərəfindən imzalanıb. Tələbi irəli sürən deputatlar bunu Macarıstanın səkkiz ölkənin, o cümlədən Rusiya və Belarusun vətəndaşlarına qarşı viza tələblərini yumşaltmaq istəyi ilə əsaslandırıblar. Onların fikrincə, Macarıstan bununla Şengen zonasını təhlükəsiz zona olmaqdan çıxaracaq.

Məktubda Macarıstanın sərhədlərində nəzarətin tətbiq olunması və bu ölkənin vizalarını tanımaqdan imtina etmək tələb olunub.

Mövzuya görə xəbərlər