Son dəqiqə

Azərbaycan Macarıstan

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak edib

Bakı. TurkicWorld

Macarıstanın Bakıdakı Səfirliyində Macarıstan Parlament seçkiləri çərçivəsində səsvermə uğurla keçirilib.

​Səfirlikdən TurkicWorld-a verilən məlumata görə, Bakıda qeydiyyata alınmış 55 seçicidən 54-ü səsvermədə iştirak etmişdir.

​Göstərdikləri dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 06:00-dan saat 19:00-dək açıq olub.

Mövzuya görə xəbərlər