Son dəqiqə

Naxçıvan Naxçıvan Muxtar Respublikası

Naxçıvanda ötən il Dövlət Proqramı üzrə 50,2 mln. manat vəsait cəlb olunub

BAKI,TurkicWorld

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramı üzrə iayrılmış ümumi vəsaitin 43 milyon manatı və ya 86 faizi xərclənib.

TurkicWorld-in məlumatına görə, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün müxtəlif istiqamətlər üzrə ümumilikdə 50,2 milyon manat vəsait cəlb olunub.

Məlumata əsasən, bu vəsaitin 27,5 milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına, 1 milyon manatı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 may tarixli Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan, 9,1 milyon manatı Naxçıvan Muxtar Respublikası 4 Nazirlər Kabinetinin 2025-ci il 10 fevral tarixli Sərəncamı ilə avtomobil yollarının əsaslı və cari təmiri üçün nəzərdə tutulmuş vəsaitdən, 7,3 milyon manatı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 fevral tarixli Sərəncamı ilə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitdən, 3,7 milyon manatı Naxçıvan Muxtar Respublikasının "Avtomobil Yolları" Məqsədli Büdcə Fondundan, 165 min manatı isə Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fondundan ayrılıb.

Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun qurulması və regionun uzunmüddətli, dayanıqlı inkişafının təmin olunması məqsədilə 2025-ci il üzrə investisiya layihələri çərçivəsində genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu çərçivədə ümumilikdə 30 müxtəlif infrastruktur və sosialyönümlü tədbirin icrası planlaşdırılıb.

"Həmin tədbirlər regionun iqtisadi potensialının artırılmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, kommunal və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, eləcə də regionun investisiya cəlbediciliyinin artırılmasına xidmət edib. 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri çərçivəsində ümumilikdə 22 milyon manat vəsait ayrılıb. Layihələrin icrası üçün ayrılmış vəsaitin 99 faizi, yəni 21,8 milyon manatı bağlanılmış müqavilələr üzrə xərclənib", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər