Bakı, TurkicWorld
Maltalı siyasətçi Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin (AP) sədri seçilib.
TurkicWorld xarici mediaya istinadən xəbər verir ki, AP-nin Avropa seçkilərindən sonra səsvermənin keçirildiyi ilk iclası parlamentin saytında yayımlanır.
Metsolanın namizədliyinə 562 avropalı parlamentari səs verib. Metsolanın rəqibi İspaniyadan olan deputat, İspaniyanın solçu "Podemos" ("Biz bacarırıq") partiyasının üzvü İrene Montero idi.