Son dəqiqə

Şuşa ABŞ ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Azərbaycandakı səfirinin Şuşaya səfəri ilə bağlı ermənilərin təxribat törətmə ehtimalının qarşısını alıb

Bakı. TurkicWorld:

Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə çoxdandır təxirə salınan səfərini həyata keçirdi.

Əlbəttə ki, ABŞ-dəki erməni diasporu və ermənipərəst jurnalistləri bu hadisəyə "laqeyd qala" bilməzdi.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu cür jurnalistlərdən birinin ABŞ-nin bu səfərə dair mövqeyi ilə bağlı sualını cavablandırmaqdan nəzakətlə imtina edib.

Miller Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşü ilə bağlı "gözləntilərin olmadığını" deyib.

Beləliklə, ABŞ Dövlət Departamenti əslində ermənilərin təxribat törədərək bu mövzu ilə bağlı vəziyyəti gərginləşdirməsi üçün istənilən ehtimalın qarşısını alıb.

Nə şərh olunmalı idi ki? Azərbaycanda akkreditasiya olunmuş bütün diplomatlar mütəmadi olaraq ölkənin bölgələrinə səfərlər edir və burada təəccüblü heç nə yoxdur. Onlar Qarabağı müstəsna olaraq Azərbaycan ərazisi olaraq qəbul edir. Təxribatçı jurnalistlərin bu hadisəni siyasiləşdirməyə çalışmaqları isə növbəti dəfə onların ermənipərəst niyyətini göstərir.

Mövzuya görə xəbərlər