Son dəqiqə

İran İbrahim Rəisi

İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

TurkicWorld xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Rəisinin olduğu helikopterdə Təbriz cüməsi İmam Ayətullah Əl-Haşemin və xarici işlər naziri cənab Əmir Abdullahianın da olduğu bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər