Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir - Peter Mixalko

Aİ minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir - Peter Mixalko

Bakı. TurkicWorld:

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür. Avropa İttifaqı(Aİ) minatəmizləmə səylərində Azərbaycana güclü dəstək verir.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial şəbəkə hesabında qeyd edib.

"Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan BMTİP, UNICEF, eləcə də beynəlxalq və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Biz fəxr edirik ki, bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib çıxarıb və Azərbaycanın bu sahədə aparıcı mövqeyinə töhfə verib. Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.