Bakı. TurkicWorld:
Avropa İttifaqı (Aİ) Azərbaycanla tərəfdaşlığını daha da gücləndirmək üçün birgə fəaliyyətini davam etdirəcək.
TurkicWorld-ün məlumatına görə, bunun bağlı Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko X şəbəkəsində paylaşım edib.
"Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Azərbaycana və onun vətəndaşlarına sülh və firavanlıq arzularımızı çatdırırıq! Tərəfdaşlığımızı daha da gücləndirmək üçün birlikdə işləməyə davam edəcəyik!" - deyə paylaşımda bildirilib.