Son dəqiqə

Peter Mixalko

Aİ Azərbaycanın etibarlı tərəfdaşıdır - Peter Mixalko

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) uzun illərdir ki, Azərbaycanın etibarlı tərəfdaşıdır və bu cür qalmağa davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirdə deyib.

"Aİ uzun illərdir ki, Azərbaycanın etibarlı tərəfdaşıdır və bu cür qalmağa davam etməklə mühüm əməkdaşlıq sahələrində dəstək göstərir", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Ermənistanla müharibənin lap əvvəlindən minalardan əziyyət çəkir. Aİ münaqişənin ilk günlərindən səhiyyə, yaşayış və təhlükəsizlik sahələrində yardım göstərib və artıq bu yaxında minatəmizləmə işlərinə qoşulub.

"Bu gün minatəmizləmə Azərbaycan üçün son dərəcə mühüm prioritet olaraq qalır", - deyə o əlavə edib.

Qeyd edək ki, aprel ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, eləcə də 2502 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Mövzuya görə xəbərlər