Son dəqiqə

BMT Avropa İttifaqı Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyi Peter Mixalko COP29

Muxtar Babayev Aİ-nin Azərbaycandakı nümayəndəsi COP29-a hazırlıqları müzakirə edib

Bakı. TurkicWorld:

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən TurkicWorld -ə bildirilib ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında ətraf mühitin mühafizəsi sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər