Son dəqiqə

ANAMA Avropa İttifaqı BMT İnkişaf Proqramı Peter Mixalko

Aİ-nin ölkəmizdəki səfiri Azərbaycana təşəkkür edib

Bakı, TurkicWorld:

Avropa İttifaqı Azərbaycanla uzunmüddətli tərəfdaşdır.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" konfransında "Davamlı Ətraf Mühitin Reabilitasiyası üçün Milli Bacarıqların Yaradılması" adlı panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Aİ daha çox iqlim dəyişikliyi ilə bağlı əməkdaşlıq edir.

"Minalardan danışarkən onun ətraf mühitə vurduğu ziyanı başa düşməliyik. Azərbaycanda mina təhlükəsi ilə bağlı çox faciəvi hadisələr baş verib. Bunun təsirləri uzun müddətdə davam edəcək.

Ötən gün Qarabağda olarkən görülən bərpa-quruculuq işləri ilə tanış olduq. Bu işlərin görülməsi üçün ilk növbədə minatəmizləmə prosesi olmalıdır. Azərbaycan bunu uğurla yerinə yetirir. Davamlı həllər yaratdıqlarına görə Azərbaycana təşəkkür edirəm

Avropa İttifaqı əvvəldən Azərbaycanın yanındadır və dəstəkdir", - deyə P. Mixalko bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransının ikinci günü keçirilir.

Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır.

Mövzuya görə xəbərlər