Aİ səfiri Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana təşəkkür edib

Aİ səfiri Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana təşəkkür edib

Bakı. TurkicWorld:

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana təşəkkür edib.

TurkicWorld xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb.

"Ukraynaya növbəti humanitar yardımın göndərilməsinə görə Azərbaycana dərin minnətdarlığımı bildirirəm!", - deyə səfir bildirib.

Xatırladaq ki, iyunun 9-da Azərbaycandan növbəti dəfə Ukraynaya humanitar yardım yola salınıb.

Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub.

Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarət olub.

Eyni zamanda, Ukraynaya xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulmuş 20 ton yanacaq da göndərilib.