Son dəqiqə

Xəyal Bəşirov

Ermənistanın məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin bağlanmasıdır - Xəyal Bəşirov (ÖZƏL)

Bakı, TurkicWorld:

Ermənistan təxribatlarının məqsədi Laçın sərhəd buraxılış məntəqəsinin bağlanmasıdır.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.

“Azərbaycanda Milli Qurtuluş Günü, Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü, qardaş ölkə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri kimi tarixi hadisələrin baş verdiyi gündə ermənilərin Laçın sərhəd buraxılış məntəqəsində törətdiyi təxribat onların hiddətindən doğurdu. Bundan əlavə, Cənubi Qafqazda gərginliyin yaranması Ermənistanı idarə edən xarici qüvvələrin də marağındadır”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Laçın sərhəd buraxılış məntəqəsinin müvəqqəti də olsa fəaliyyətini dayandırılması halında yenidən Azərbaycana qarşı əsassız iddialar qaldırmaq niyyətini ortaya qoyur.

“Əgər hər hansı qüvvələr Ermənistanın bu oyununa aldanaraq ona dəstək nümayiş edtdirərsə, bu, həmin ölkələrin ermənipərəst mövqeyindən xəbər verəcək. Laçın sərhəd buraxılış məntəqəsi bağlanarsa bunun ən böyük zərbəsi məhz Qarabağdakı ermənilərə dəyəcək. Bu da Ermənistanın oyununun bir parçasıdır", - deyə politoloq əlavə edib.

X.Bəşirov hesab edir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də Ermənistan sülh istəmədiyini nümayiş etdirir, lakin Ermənistanın başqa çıxış yolu yoxdur və Azərbaycan Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edəcək.

Qeyd edək ki, 15 iyun tarixində ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutublar.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər