Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq– Vüqar Bayramov (ÖZƏL)

Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq– Vüqar Bayramov (ÖZƏL)

Bakı, TurkicWorld:

Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı vasitəsilə birləşməsinə imkan yaradacaq.

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji münasibətlərin yüksək səviyyədə olmasını göstərən faktorlardan biridir. Azərbaycan və Türkiyə qardaş dövlətlər olmaqla yanaşı, həm də regional layihələrin reallaşmasında bir-birinə dəstək olur”, - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri məhz Zəngəzur dəhlizinin reallaşmasıdır.

“Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir, xüsusən də Azərbaycan və Ermənistan arasında dəmiryolu komunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir”, - deyə V.Bayramov vurğulayıb.

O hesab edir ki, strateji müttəfiq olan qardaş Azərbaycan və Türkiyənin birgə fəaliyyəti regionda kommunikasiyaların yenidən bərpa edilməsinə və daha qısa zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsinə imkan yarada bilər.

Qeyd edək ki, 13 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni hökumətin üzvləri Azərbaycana səfər edib.

Ləman Əsədli
Lamanasadli01